CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Ötən il 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub
Bakı, 4 yanvar, AZƏRTAC
Ötən il ərzində 5399 həkim və 7942 orta tibb işçisi təkmilləşmə kurslarından keçib, 3331 həkim və 8608 orta tibb işçisi sertifikat alıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, 2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilib. Keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Onlardan 171-i reqionlarda işlə təmin edilib.
Şöbə müdiri bildirib ki, 2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olub. Onlardan 271-i təyinatla iş yerlərinə göndərilib.