Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə Nazirliyinin baş travmatoloqu: Xəstələr müvafiq profilli ixtisaslaşmış həkimlərə müraciət etməlidirlər

Səhiyyə Nazirliyinin baş travmatoloqu: Xəstələr müvafiq profilli ixtisaslaşmış həkimlərə müraciət etməlidirlər

Bakı, 14 fevral, Əziz Məmmədov, AZƏRTAC

Son illər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) yeni texnologiyalardan geniş istifadə olunur. Belə ki, ətrafların sınıqlarında bloklayıcı ştiftlərdən, plastinlərdən, diz oynaqları üçün fiksəedici bandajların müxtəlif növlərindən, biləyin borulu şəkilli sümüklərinin rezeksiyasından sonrakı defektlərində biokompozit materiallardan geniş istifadə olunur. Bundan əlavə, institut bu sahədə Bakıda və regionlarda praktiki yardım göstərən qabaqcıl elmi-tədqiqat müəssisəsidir. ETTOİ-də ətraflarda, onurğada və çanaq sümüklərində mürəkkəb əməliyyatlar aparılır. İnstitut SSRİ-də sümük patologiyası şöbəsinin, toxumaların konservasiyası laboratoriyasının, eksperimental və neyrofizioloji laboratoriyaların və s. ilk açıldığı müəssisələrdən biridir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin baş travmatoloqu, ETTOİ-nin direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev danışıb.

V.Verdiyev vurğulayıb ki, ETTOİ çox böyük işlər görüb və Azərbaycanda ortopediya və travmatologiyanın inkişafına və bütövlükdə dünya elminə sanballı töhfə verib. O deyib: “İnstitut SSRİ-də sümük patologiyası şöbəsinin, toxumaların konservasiyası, eksperimental və neyrofizioloji laboratoriyaların açıldığı ilk tibb ocaqlarından biridir. ETTOİ-də sümüklərin ostesintezinin yeni metodları tətbiq edilir, dayaq-hərəkət sisteminin anadangəlmə və qazanılmış deformasiyaları müalicə olunur, poliomielitin, onurğa sütununun, aşağı və yuxarı ətrafların deformasiyaları ilə bağlı tədqiqatlar aparılır. 2016-cı ildə institutda təqribən 9 min xəstəyə yardım göstərilib, 7 mindən çox adam ambulator, 1900 adam stasionar müalicə alıb. Ötən il institutda təqribən 1500 cərrahiyyə əməliyyatı aparılıb. İnstitutun klinikasında 200 çarpayı, 7 əməliyyat otağı var. Bundan əlavə, 2009-cu ildən institutda endoprotezləmə əməliyyatları aparılır. Bu günə qədər təqribən yüz xəstə üzərində dövlət hesabına belə əməliyyat aparılıb. İnstitutda 417 əməkdaş, o cümlədən 51 elmi əməkdaş, 1 Əməkdar Elm Xadimi, 1 Əməkdar Həkim, 3 professor, 7 elmlər doktoru, 16 tibb üzrə fəlsəfə doktoru çalışır.

Xatırladaq ki, bu yaxınlarda 70 illiyini qeyd etmiş institut Böyük Vətən müharibəsi əlillərinə ixtisaslı travmatoloji, ortopedik yardım göstərilməsi məqsədi ilə hərbi hospitalın bazasında yaradılıb. V.Verdiyev vurğulayıb ki, ötən əsrin 50-ci illərində institutun direktoru böyük ictimai və elm xadimi, professor Əziz Əliyev olub. O deyib: “Əziz Əliyev çox böyük işlər görüb, Azərbaycanda ortopediya və travmatologiyanın inkişafına sanballı töhfə verib. O illərdə institutda yeni şöbə və laboratoriyalar açılıb, müasir müalicə metodları tətbiq edilib, istedadlı mütəxəssislər cəlb olunub. Bundan əlavə, ETTOİ-də 300 çarpayı yeri olan bərpa cərrahlığı, travmatologiya, ortopediya və çənə-üz cərrahiyyəsi şöbələri açılıb, klinik-diaqnostik, biokimyəvi, bakterioloji və histoloji laboratoriyalar, rentgen, qanköçürmə, müalicəvi bədən tərbiyəsi və fizioterapiya kabinetləri yaradılıb. 1952-ci ildə tam təchiz edilmiş fizioloji laboratoriya təşkil edilib. Kadrların hazırlanması professor Ə.Əliyev üçün prioritet məsələ olub. Onun instituta rəhbərlik etdiyi dövrdə onlarca elmi əməkdaş namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, özü də onların arasında milli kadrlar üstünlük təşkil edib”.

Səhiyyə Nazirliyinin baş travmatoloqu ETTOİ-nin beynəlxalq əlaqələrindən danışaraq deyib: “Azərbaycan Travmatologiya və Ortopediya İnstitutu dünyanın tanınmış tibb mərkəzləri ilə birlikdə müntəzəm olaraq Bakıda elmi-praktiki konfranslar keçirir. Məsələn, 2012-ci ilin noyabrında Türkiyənin Egey Universitetinin tibb fakültəsinin ortopediya və travmatologiya kafedrası, 2013-cü ilin sentyabrında ABŞ-ın Rotman İnstitutu və Türkiyənin Hacıtəpə Universiteti ilə əməkdaşlıq şəraitində belə konfranslar təşkil edilib. Bundan əlavə, 2016-cı ilin noyabrında ETTOİ-nin 70 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfransda ölkəmizin Gəncə, Sumqayıt, Naxçıvan və digər regionlarında çalışan 300-dən çox travmatoloq və ortoped, habelə Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Almaniya və Qırğızıstandan 30-dan çox mütəxəssis iştirak edib”.

Vətəndaşların müraciətləri və zərərçəkənlərin müalicəsi sahəsində hazırda müşahidə olunan vəziyyət barədə də məlumat verən V.Verdiyev deyib: “Bəzi vətəndaşların sınıqçılara müraciəti ənənəvi xarakter daşıyır. Amma fəsadlar olanda peşəkarlara müraciət etməyə üstünlük verirlər. Hazırda yol-nəqliyyat hadisələrində zərərçəkənlərin müalicəsi sahəsində mürəkkəb vəziyyət müşahidə olunur. Qəzalar nəticəsində kəllə-beyin travmaları, döş qəfəsində ciddi zədələr müşahidə olunur. Bundan əlavə, çoxseqmentli sınıqlara görə müraciətlərin sayı artıb. Belə ki, ETTOİ-yə anadangəlmə travmaları olan pasiyentlər və alətlərlə düzgün rəftar edilməməsi nəticəsində əllərini zədələmiş insanlar müraciət edirlər. Bundan əlavə, instituta skoliozun ağır formasından əziyyət çəkən pasiyentlər daxil olur. Məlum olduğu kimi, yaşı 18-i keçən adamlarda skoliozu müalicə etmək çox çətin və təhlükəlidir. Bəzən sonralar ağır fəsadlara gətirib çıxaran qeyri-peşəkar cərrahi müdaxilə halları ilə üzləşirik. Buna görə də xəstələr müvafiq profilli ixtisaslaşmış həkimlərə müraciət etməlidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər