CƏMİYYƏT


Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı, 25 aprel, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 26-da saat 12:00-da Şəki Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər Şəki MRX-də qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.