İQTİSADİYYAT


Səkkiz ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında hava nəqliyyatı ilə 19 min 124 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 20 min 598 ton azalma olub. Belə ki, 2020-ci ilin səkkiz ayında hava nəqliyyatı ilə 39 min 722 ton yük göndərilib.

Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-avqust aylarında 5820 ton təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.