ELM VƏ TƏHSİL


Səkkiz dövlət orqanında mövcud olan 14 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 13-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Səkkiz dövlət orqanında mövcud olan 14 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 12 namizədlə 12 müsahibənin keçirilməsi planlaşdırılır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ən yüksək müsabiqə müraciəti vəziyyəti İqtisadiyyat Nazirliyi, Elektron idarəetmə şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 namizəd), İqtisadiyyat Nazirliyi, Rəhbərlik, dövlət orqanı aparat rəhbərinin müavini (1 vakant yer üzrə 3 namizəd) üzrə yaranıb.

Müsahibələrin iyulun 8-dən 20-dək keçirilməsi planlaşdırılır.

Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.