İQTİSADİYYAT


Selçuk Bayraktar: Sentyabrda Qaradənizdə keçiriləcək “TEKNOFEST”ə azərbaycanlı qardaşlarımızı dəvət edirik VİDEO

Bakı, 7 fevral, AZƏRTAC

Sentyabrda Samsun mərkəzli Qaradənizdə təşkil olunacaq “TEKNOFEST” Festivalına azərbaycanlı qardaşlarımızı dəvət edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, müstəqilliyin daimi olması üçün milli müdafiə sənayesinə sahib olmaq vacibdir. Bunun ən bariz nümunəsini “Bayraktar”ların Türkiyənin terrorla mübarizəsində və Qarabağ müharibəsində fəaliyyəti zamanı gördük: “Buradan azərbaycanlı gənclərə səslənirəm, komandalarınızı qurun və festivala qatılın. Gələcəyin güclü Azərbaycanının formalaşmasında sizin də rolunuz olsun”, - deyə Selçuk Bayraktar vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.