REGİONLAR


Şəmkirdə “İlk tibbi yardım” təlimləri təşkil edilib

Şəmkir, 22 sentyabr, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Skautlar Assosiasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İlk tibbi yardım” təlimləri təşkil edilib.

Şəmkirdə keçirilən təlimlərə 30-a yaxın iştirakçı qatılıb. Təlimin məhz Şəmkirdə keçirilməsinin əsas səbəbi rayon rəhbərliyi tərəfindən Çənlibel kəndində düşərgə və eyni zamanda, təlimlərin təşkili üçün şəraitin yaradılması olub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı Bakı və cəbhəboyu regionlardan olan iştirakçılar ilk tibbi yardım haqqında məlumatlandırılıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən keçirilən təlimlərdə iştirakçılara fövqəladə hallarda, bir çox tibbi vəsaitin olmadığı vəziyyətlərdə ilk tibbi yardım haqqında xüsusi təlim keçirilib. İştirakçılar öyrəndikləri bilikləri təcrübələrlə təkmilləşdirmək imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.