İQTİSADİYYAT


Sənaye müəssisələri tərəfindən istehsal edilən malların və göstərilmiş xidmətlərin həcmi 2,7 faiz artıb

Bakı, 20 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,7 faiz artaraq 27,4 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, sənayenin qeyri -neft-qaz sektorunda isə 15,1 faiz artıb. Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 21,1 faizi emal, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88 faiz olub. Ümumi istehsalın 93,9 faizi sənaye məhsullarının istehsalı, 6,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2022-ci il mayın 1-i vəziyyətinə 807,3 milyon manatlıq hazır məhsul olub.

Ehtiyatların 46,1 faizi Bakı, 23,1 faizi Sumqayıt, 5,1 faizi Şirvan, 3,8 faizi Gəncə şəhərlərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 94,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.