ELM VƏ TƏHSİL
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində virtual “Açıq qapı” günü təşkil olunacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 21-i saat 11:00-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” günü təşkil olunacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə agentliyin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov, “AzerGold” QSC-nin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Ceyhun Əliyev, Gəncə Cihazqayırma zavodunun Texniki nəzarət şöbəsinin rəis müavini, təhlükəsizlik məsələləri üzrə məsul şəxs Bilal Abdullayev, Gəncə Cihazqayırma zavodunun operatoru Elmira İsayeva iştirak edəcək.
Virtual “Açıq qapı” günündə Mərkəzdə tədris prosesinin təşkili, məzunların işlə təminatı, işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə tanışlığa imkan yaradılacaq.