CƏMİYYƏT


Şənlik mərasiminin keçirildiyi məkanda pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb

Bakı, 10 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 9-da Bakının Nizami rayonunda Mikayıl Əliyev küçəsi, 2403/04 ünvanında fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi müəyyən olunub. Bununla əlaqədar inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.