REGİONLAR
Sentyabrın 16-da Abşeron və Göygöl rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da saat 9.00-dan 18.00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Novxanı” və “Mehdiabad”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi” və “Quzanlı”, həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə-Körpü Tikinti-2” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad, Göygöl rayonunun Balçılıq və Qırıxlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Ağcabədi və Ağdam rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.