İDMAN


Sərbəst güləşçilərimiz Avropa çempionatına 1 gümüş və 1 bürünc medalla start veriblər

Bakı, 2 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərin yarışında millimizin üzvü Sabir Cəfərov (70 kq) startda Muhəmməd Abdurəhmanovdan (Belçika) güclü olub - 5:0. Həmyerlimiz səkkizdəbir finalda almaniyalı Adrian Barnovskini yolundan kənarlaşdırıb - 5:4. Təmsilçimiz növbəti mərhələdə avstriyalı Benedikt Huberi tam üstünlüklə məğlub edib - 11:0. Yarımfinalda italiyalı Raul Kasoya 3:0 hesabı ilə qalib gələn S.Cəfərov finala yüksəlib. Həlledici görüşdə son saniyələrdə erməni Hayk Papikyana uduzan (2:3) güləşçimiz gümüş medalla kifayətlənib.

Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda latviyalı Daniels Bendiksə heç bir şans tanımayıb - 10:0. Pəhləvanımız dörddəbir finalda türkiyəli Hakan Satılmışa gücünü göstərib - 5:2. Yarımfinalda ermənistanlı Muşeq Mkrtçyana (1:3) uduzan S.Əmiraslanov bürünc medal uğrunda rumıniyalı Gigi Subtiriçayla güləşib və rəqibinə heç bir şans tanımayıb - 11:0.

Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatına 1 gümüş və 1 bürünc medalla start verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.