İDMAN


Serbiyada dünya birinciliyində ölkəmizi səkkiz samboçu təmsil edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi başlayıb.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yeniyetmə oğlanların yarışında ölkəmizi Vahid Şahverdiyev (56 kq), Yaşar Nəcəfov (60 kq), Abdulla Abdullayev (65 kq), Teymur Allahverdiyev (70 kq) və Vüqar Ağcayev (75 kq) təmsil edəcəklər.

Yeniyetmə qızların yarışında isə millimizin üzvü İrena Xubulova (52 kq) birincilik uğrunda mübarizə aparacaq.

Gənclərin mübarizəsində Sabir Ağayev (48 kq) və Fuad Məmmədov (57 kq) dünya çempionu adı uğrunda yarışacaqlar.

Millimiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

Turnirə oktyabrın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.