İDMAN


Sərdar Azmun UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ən yaxşı oyunçusu seçilib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu, Rusiyanın “Zenit” klubunun iranlı hücumçusu Sərdar Azmundur. O, nominasiyada Patson Daka (“Zaltsburq”, Avstriya), Pablo Sarabiya (“Sevilya”, İspaniya) və Kallum Hadson-Odoini (“Çelsi”, İngiltərə) qabaqlayıb.

İyirmi beş yaşlı forvard onaltıdabir final mərhələsində Türkiyənin “Fənərbağça” klubunun qapısından keçirdiyi 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.