CƏMİYYƏT


Şərəf Malkoç: Azərbaycanda olduğum üçün çox xoşbəxtəm

Bakı, 25 may, AZƏRTAC

Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda türk dövlətlərinin ombudsmanlarının, deputatlarının təcrübə paylaşımı, məlumat mübadiləsi aparıldı. Hər kəs öz ölkəsində hüquq, ədalət və digər mövzularda görülən işləri müzakirə etdi. Bu cür konfranslar türk dünyası ətrafındakı ölkələrə örnək göstəriləcək işlərin görülməsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç söyləyib.

“Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Sabah “TEKNOFEST Azərbaycan” festivalı keçiriləcək. Bu möhtəşəm festival ilk dəfə Türkiyə xaricində - Bakı şəhərində baş tutacaq. TÜRKPA-ya üzv dövlətlərin ombudsmanlarının konfransının və ardınca “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi Azərbaycan və türk dünyası üçün qeyri-adi bir hadisədir”, - deyə Ş.Malkoç qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.