REGİONLAR


Şərəf Malkoç: Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yol, eyni zamanda, türk dünyasını Mərkəzi Asiyaya bağlayacaq

Naxçıvan, 11 noyabr, AZƏRTAC 

Naxçıvana gəlişimiz tarixi bir günə təsadüf edir. Belə ki, 30 ilə yaxındır Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı əldə olunmuş uğurlu nəticələrin Naxçıvanda həyəcan və qürurunu yaşayırıq. Xüsusilə uzun illərdir, beynəlxalq vasitəçilərin heç bir nəticə əldə edə bilmədiyi bu problemi qardaş Azərbaycan sentyabrın 27-dən başlayaraq apardığı mübarizədə özü həll etdi və Ermənistanın məğlubiyyəti Rusiya vasitəsilə bütün dünyaya yayıldı.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Baş Ombudsman) Şərəf Malkoç deyib.

Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili qeyd edib ki, Naxçıvan Türkiyə, türk dünyası üçün çox mühüm qapıdır. Ümid edirik ki, Ermənistan işğal altında saxladıqları ərazilərdən qısa müddətdə çəkiləcək, Azərbaycan öz torpaqlarına qovuşacaq, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yol açılacaq. Bu yolun Naxçıvan, eləcə də Azərbaycan üçün böyük iqtisadi, sosial, siyasi əhəmiyyəti var. Eyni zamanda, bu yol türk dünyasını Mərkəzi Asiya ilə birləşdirəcəkdir.

Şərəf Malkoç deyib: “Məhz belə bir gündə Naxçıvanda Ali Məclisin Sədri və naxçıvanlılarla bir yerdə olmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu məsələnin həll olunması Qafqaza, Türkiyəyə, ümumilikdə isə bütün dünyaya sabitlik və firavanlıq gətirəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.