SİYASƏT


Sergey Lavrov: Minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələ İrəvanda müzakirə olunub VİDEO

Bakı, 11 may, AZƏRTAC

Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.

Nazir Sergey Lavrov deyib ki, bu məsələni İrəvanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etməyin vacib olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və tam həllini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.