Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sərhəd kəndi Gərməçataqda müasir infrastruktur yaradılıb

Babək, 8 dekabr, AZƏRTAC

İnsanların rahat yaşayışı və məskunlaşması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır, inkişaf kənddən şəhərə doğru aparılır. Kəndlərdə geniş quruculuq işləri görülür, rahat yollar çəkilir, müasir məktəb binaları və sosial obyektlər istifadəyə verilir, sakinlərin rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə ölkəmizin inkişafının, vətəndaşlara göstərilən qayğının daha bir ifadəsidir. Bu il Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Gərməçataq kəndində də geniş quruculuq işləri aparılıb.

Gərməçataq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də Gərməçataq kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, məktəb binasında ən müasir tədris infrastrukturu yaradılıb. 2-si elektron lövhəli olmaqla 10 sinif otağında, kimya-biologiya laboratoriyasında, hərbi kabinədə, şahmat sinfində və kompüter otağında yeni tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib, kitabxana fondu zənginləşdirilib.

Kitabxanada 1400-dən artıq bədii ədəbiyyat və dərslik vardır. Məktəbdə şagirdlərin mütaliəyə marağının artırılması üçün tədbirlər görülüb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter otağında isə sürətli internetə çıxışı olan kompüterlər şagirdlərin istifadəsinə verilib. Məktəbdə elektron dərsliklərdən istifadə də diqqətdə saxlanılır.

Müəllimlər otağında pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün dövlətimiz sərhəd kəndlərinin inkişafını diqqətdə saxlayır. Gərməçataq kəndi də muxtar respublikanın əhəmiyyətli sərhəd yaşayış məntəqəsidir. Ona görə də kəndin müdafiəsinin etibarlı təşkilinə və əhalinin rahat yaşayışına diqqət yetirilir. Kənddə ayrıca inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılıb, dövlət qurumlarının fəaliyyəti təmin olunub, məktəb binası yenidən qurulub. Bütün bunlar dövlətimizin iqtisadi qüdrətinin və ölkə vətəndaşlarına göstərilən qayğının daha bir ifadəsidir. Yaradılan şərait kənddə insanların məskunlaşmasına və məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir.

Məktəbin müəllimi Xeyrənsə İsmayılova minnətdarlıq edərək deyib: Gərməçataq ucqar sərhəd kəndidir. Lakin kənd məktəbində yaradılan şərait şəhər məktəbləri ilə heç nə ilə fərqlənmir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, laboratoriya istifadəyə verilib, tədris ən müasir tələblər səviyyəsində qurulub. Bunu təhsilə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiririk. Dövlətin yaratdığı bu şərait müəllimlərin qarşısında mühüm vəzifələr qoyur. Əmin edirik ki, etimadı yüksək bilikli, vətənpərvər və peşə sahibi olan gənclər yetişdirməklə doğruldacağıq.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 222 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında keçirilən distant dərsi izləyib, yeni tədris metodlarından istifadə ilə bağlı tapşırıqlar verib.

Gərməçataq Kənd Mərkəzinin açılışı olub

Dekabrın 8-də Gərməçataqda kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Zəruri inzibati, sosial və mədəni sahələri özündə birləşdirən kənd mərkəzi, ilk növbədə, sakinlərin rahatlığına xidmət edəcək, onların hər hansı bir iş üçün rayon mərkəzlərinə getməsinin və vaxt itkisinin qarşısını alacaqdır. Müasir standartlara uyğun inşa edilən bina iki mərtəbədən ibarətdir. Burada 7 mindən artıq kitab fondu olan kitabxana, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, rabitə evi vardır. Rabitə evində 192 nömrəlik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb, poçt bölməsi yaradılıb, sürətli internetdən istifadə təmin edilib.

Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, klubun fəaliyyəti üçün lazımi şərait yaradılıb, statistika otağı və 32 yerlik tədbirlər zalı istifadəyə verilib.

Feldşer-mama məntəqəsi kənddə səhiyyə işinin nümunəvi təşkilinə imkan verəcəkdir. Bu, eyni zamanda dövlətimizin insan sağlamlığına, səhiyyənin inkişafına verdiyi önəmin ifadəsidir. Binada məntəqə üçün 4 otaq ayrılıb, dərman vasitələri və peyvənd çantaları qoyulub.

Ali Məclisin Sədri kənd mərkəzində yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Dağ kəndində yeni xidmət obyekti fəaliyyətə başlayıb

Dekabrın 8-də Gərməçataq kəndində xidmət mərkəzi də istifadəyə verilib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Bildirilib ki, mərkəzdə bərbərxana, mağaza və anbar fəaliyyət göstərir. Burada 2 sakin işlə təmin olunub. Mağazada yerli məhsulların satışı kənd turizminə üstünlük verənlərin keyfiyyətli məhsullarla təminatına imkan verəcəkdir.

Ali Məclisin Sədri mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Bu gün Gərməçataq muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verildi, dövlət qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradıldı. Bu gün sərhəd kəndi Gərməçataq etibarlı müdafiə olunur. Kəndin bundan sonrakı inkişafı sakinlərin üzərinə düşən vəzifədir. Düşmən ölkənin muxtar respublika ilə sərhəd kəndlərində isə məktəblər bağlanır, yaşayış üçün heç bir infrastruktur yaradılmır. Lakin Azərbaycan dövləti kəndlərin, xüsusilə sərhəd yaşayış məntəqələrinin inkişafına xüsusi diqqət yetirir. Gərməçataq kəndində yaradılan şərait bunu bir daha təsdiq edir. Ona görə də sakinlər muxtar respublikanın bu abad və səfalı kəndində məskunlaşmanı artırmalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri sərhəd kəndini tərk etməyib burada məskunlaşdıqlarına görə sakinlərə təşəkkür edib.

Kənd sakini Vilayət Babayev minnətdarlıq edərək deyib ki, muxtar respublikada aparılan quruculuq işləri Gərməçataq kəndini də əhatə edib. Hələ 20 il bundan əvvəl kənddə nasos stansiyaları tikilib, torpaqlardan səmərəli istifadə üçün hərtərəfli şərait yaradılıb, kəndin etibarlı müdafiəsi təşkil olunub. Bu gün isə kəndimizdə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verildi. Tədrisin müasir səviyyədə aparılması üçün məktəb müasir avadanlıqlarla təchiz edilib. İstifadəyə verilən kənd mərkəzində təşkilatların əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün şərait yaradılıb. Kəndimizdə əhalinin gündəlik məişət tələbatının ödənilməsi üçün heç bir şərait olmadığından sakinlər qonşu kəndlərə və yaxud Naxçıvan şəhərinə getməli olurdular. Artıq bu məsələ də həllini tapıb. Xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarını ödəyəcəkdir. Kəndin yolu da yenidən qurulub. Dağ və sərhəd kəndində yaşayırıq. Lakin kəndimiz fasiləsiz elektrik enerjisi, təbii qaz, müasir rabitə xidməti və sürətli internetlə təmin edilib. Yaradılmış şəraitin nəticəsidir ki, vaxtilə kəndimizi tərk etmiş 4 ailə geri qayıdaraq Gərməçataqda məskunlaşıb. Bir sözlə, bu gün müasir Gərməçataq kəndi düşmənə göz dağıdır. Bütün bu firavanlıq, abadlıq və sabitlik isə kənd sakinlərinin torpağa, yurd yerinə bağlılığını daha da artırır.

X X X

Gərməçataq kəndinin avtomobil yolu da yenidən qurulub. 5700 metrlik yol hamarlanaraq qum-çınqıl qatı verilib, 20 su keçidi qoyulub, 1 körpü tikilib. Həmçinin yolun kənarında 1038 metrlik beton kanal çəkilib. Kəndin rabitə, elektrik və qaz təsərrüfatı da yenidən qurularaq qış mövsümünə hazır vəziyyətə gətirilib. Belə ki, tikinti işləri aparılarkən yeni rabitə dirəkləri basdırılıb, 700 metr fiberoptik kabel, 400 metri yeraltı olmaqla 1200 metr rabitə, 735 metrlik elektrik və 160 metrlik qaz xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar