ELM VƏ TƏHSİL


Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edib

Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edib

Bakı, 29 mart, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Humanitar, Sosial Elmlər və Menecment tədqiqatları üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə keçirilən “Təhsil, marketinq, sosial və humanitar elmlər” üzrə 46-cı Beynəlxalq İstanbul konfransında iştirak edib. Konfransda dünyanın 11 ölkəsi təmsil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, R.Rzayeva konfransda “İnklüziv inkişaf və modernləşmə” mövzusunda məruzə ilə çıxış edib. Ona, həmçinin konfransın iclaslarına sədrlik həvalə edilib.

R.Rzayeva məruzəsində bu gün iqtisadiyyatın mühüm rol oynadığı modernləşmə fəlsəfəsinə yenidən baxılmasından bəhs edib. Məruzədə modernləşmə prosesinin siyasi komponentinin birbaşa sosial-iqtisadi inkişafla bağlı olduğu, buna görə də iqtisadiyyatın fəlsəfəsinin dəyişdiyi, hazırda cəmiyyətlərin inkişaf modelinin transformasiyasının sürətləndirməsində və ümumiyyətlə, sosial-iqtisadi inkişaf planlarında inklüziv inkişaf məsələlərinin diqqət mərkəzində olduğu qeyd olunub. İnklüziv inkişafın yeni inkişaf vasitələrindən biri olduğu və müasir şəraitdə dövlət idarəetmə mexanizmi, cəmiyyətin inkişafını stimullaşdıran innovativ metod kimi qəbul edildiyi vurğulanıb. Alim inklüziv inkişafın modernləşmədən daha çox postmodernləşmə ilə bağlı olduğunu, postmodern cəmiyyətdə dövlətin sosial tərəfdaş kimi çıxış etdiyini və bunun da inklüzivliyi birbaşa əks etdirdiyini diqqətə çatdırıb.

R.Rzayevanın çıxışı beynəlxalq konfransın ən yaxşı məruzəsi seçilib və sertifikata layiq görülüb.

Beynəlxalq konfransın materialları nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.