CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib

Bakı, 6 iyun, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimə edillib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AZƏRTAC-a bildiriblər ki, karantin rejimi təqbiq olunan vaxtdan yəni iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.