REGİONLAR


Şərur rayonunda hərbi hissəyə 4 ton tərəvəz sovqatı verilib

Şərur, 16 sentyabr, AZƏRTAC

Xalq-ordu birliyinə nümunə olaraq muxtar respublikada hərbi hissələrə meyvə-tərəvəz sovqatlarının verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” kiçik müəssisəsinin kollektivi 4 ton kartof və soğanı hərbi hissəyə təhvil verib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müəssisənin rəhbəri Mürşüd Həsənov bu gün əsgərlərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalmasının, onlara sovqat göndərməsinin mənəvi dəstək olduğunu deyib. Bu, ordu-xalq birliyinin bariz nümunəsidir.

Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.