YUBİLEY TƏBRİKLƏRİ
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin prezidenti
Abdullah bin Fəhd əl-Hüseyn
- AZƏRTAC agentliyinin təsis olunmasının 100 illiyi münasibətilə Azərbaycan İnformasiya Agentliyinin İdarə Heyətinin sədri, həmkarım Aslan Aslanova və digər həmkarlara səmimi təbriklərimi çatdırmaqdan məmnunam. AZƏRTAC regionda və beynəlxalq səviyyədə media sahəsində nüfuza malikdir. O, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvüdür. Həmçinin V Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. AZƏRTAC regionda və dünyada bir çox xəbər agentlikləri ilə müqavilələr bağlayıb. Səudiyyə Xəbər Agentliyi 2014-cü ildə AZƏRTAC-la bağladığı müqavilə ilə şərəf duyur. Azərbaycan İnformasiya Agentliyi regionda və beynəlxalq səviyyədə tanınır. Bu da onun yerini, təqdim etdiyi xəbər kontentini gücləndirir. Həmkarlarımı təbrik edirəm. Onlara tərəqqi və çiçəklənmə arzulayıram. Sağ olun.