DÜNYA


Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri axtarışda olan üç terrorçunu məhv edib

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri axtarışda olan üç terrorçunu məhv edib

Ər-Riyad, 28 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Əl-Katif şəhərində baş verən atışmada iştirak edən və axtarışda olan üç terrorçunu məhv edib. Təhlükəsizlik güvvələrinin üç əməkdaşı da yaralanıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının “SPA” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin rəsmi məlumatına görə, terrorçular Əl-Katıf vilayətinin mərkəzindəki Küeykib rayonunda yerləşən evlərdən birində gizlənibmiş. Terrorçuların yeri barədə operativ məlumat alaraq həmin yerə gedən təhlükəsizlik qüvvələri terrorçular tərəfindən intensiv atəşə tutulub. Cavab atəşi nəticəsində axtarışda olan üç terrorçu məhv edilib, təhlükəsizlik qüvvələrinin üç əməkdaşı yaralanıb.

Qeyd olunur ki, terrorçular atəş açdığı zaman sakinlərin və piyadaların həyatı üçün təhlükə yaranıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.