DÜNYA


“Səudiyyə Hava Yolları”nın təyyarələrində ilk dəfə qadınlar stüardessa kimi fəaliyyətə başlayıblar

Qahirə, 5 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanında qadınların polis və orduya cəlb edilməsinin ardınca onlar üçün yeni iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, “Arabnyus” qəzeti “Saudia” aviaşirkətinin qadınları işə götürməsi barədə xəbər dərc edib.

Ötən ilin dekabrında 50 səudiyyəli qadının işə götürüləcəyi barədə elan verən aviaşirkət artıq Ciddə və Ər-Riyadda yerli stüardessaların uçuşlara qatılmasını təmin edib. Onların işə qəbulu zamanı irəli sürülən şərtlər 20-30 yaş arası olması və ingilis dilində səlis danışması olub. “Saudia” aviaşirkəti pilotların da tamamilə yerli kadrlardan olacağını bildirib. Onların arasında ötən il təyyarə sükanı arxasına keçmiş ilk qadın pilot Yasmin Əl Məymani də var.

Aşağıbüdcəli Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti də qadın stüardessaların işə qəbuluna start verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.