Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Vatikana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib YENİLƏNİB VİDEO

Vatikan, 17 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyətinin Müqəddəs Tax-Taca səfərinin yekunlarına dair yanvarın 17-də mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiyin (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Feketenin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayevin iştirakı ilə keçirilən mətbuat konfransında müxtəlif ölkələrin Vatikanda akkreditə olunmuş jurnalistləri, İtaliya və Azərbaycan KİV-nin təmsilçiləri iştirak ediblər.

Nümayəndə heyətinin Vatikanda keçirdiyi görüşlər barədə məlumat verən səfir Rəhman Mustafayev deyib ki, görüşlərdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirib ki, nümayəndə heyətinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin, Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher, bu ölkənin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Anhel Ayuso Giksot, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi və bu ölkənin baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşlərində Azərbaycan ilə Vatikan arasında yüksək səviyyəli əməkdaşlığın və dinlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

Diplomat qeyd edib ki, görüşlərdə siyasi dialoqun mühüm tərkib hissəsi olan dinlərarası dialoq, sülhün təmin olunması, 44 günlük Vətən müharibəsindən sonrakı reallıqlara dair müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib. Fondun maliyyə dəstəyi ilə bərpa edilən “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış keçirilib. Nümayəndə heyətinin üzvləri Romada Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzeyi və restavrasiya edilmiş sarkofaqlarla tanış olub, eləcə də Fondun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.

Sonra Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. Deyib ki, bu əlaqələrin bugünkü yüksək səviyyəsinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müqəddəs Tax-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərləri olub, həmçinin Papa II İohan Pavel və Papa Fransisk Azərbaycana səfər ediblər. Papa II İohan Pavel Vatikan ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 10 illiyində ümummilli lider Heydər Əliyevin dəvəti ilə, Papa Fransisk isə Prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizə gəliblər. Papa Fransiskin Bakıya səfəri çərçivəsində tarixdə ilk dəfə Katolik Kilsəsinin rəhbəri müsəlman məscidinə daxil olub və Heydər Məscidində müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri ilə görüşüb.

QMİ sədri Papa Fransisklə görüşünün faydalı keçdiyini, sülhün təmin edilməsi, mədəniyyətlərarası dialoq və gələcək əməkdaşlıq əlaqələrinin müzakirə olunduğunu bildirib: “Görüşdə Roma Katolik Kilsəsinin rəhbəri Azərbaycanın tolerant ölkə olduğunu vurğuladı, xristian müsəlman dialoqları və bu dialoqun inkişaf etdirilməsindən söhbət açdı”.

“Mən Papa Fransiskin Əl-Əzhərin şeyxi Əhməd əl-Tayyib və şiə lideri Əli əl-Sistanidən sonra görüş keçirdiyi üçüncü müsəlman dini liderəm. Bu da Roma Katolik Kilsəsinin rəhbərinin müsəlman-xristian icması arasında dialoqa verdiyi önəmin bariz nümunəsidir”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.

“Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq azad edib. Bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kiril vasitəsilə mənimlə erməni kilsəsinin rəhbəri arasında keçirilən görüşün nəticəsi isə məhz münaqişənin dini müstəviyə keçməsinin qarşısının alınması oldu. Otuz ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində ölkəmizin dini və mədəni abidələrinə erməni işğalçıları tərəfindən böyük ziyan vurulub, müxtəlif dinlərə aid tarixi-mədəni abidələr vandalizmə məruz qalıb, buradakı 67 məsciddən 64-ü tamamilə dağıdılıb. Azərbaycan bütün dini məbədlərə eyni mövqedən yanaşır və ayrı-seçkilik qoymur. Bakının mərkəzindəki erməni kilsəsi buna sübutdur. Lakin Ermənistanda bir dənə də olsun Azərbaycan məscidi qalmayıb. Qarabağdakı müxtəlif dinlərin məbədlərinin hamısı Azərbaycan dövlətinin və onun başçısının himayəsi ilə bərpa olunacaq. Azərbaycanda 20 min erməni yaşayır və onlar bizim vətəndaşlarımzıdır”, - deyə QMİ sədri bildirib.

“Biz, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Vatikanın layihələrinə köməklik göstərməsinə dair fikir mübadiləsi apardıq”, - deyə şeyxülislam Allahşükür Paşazadə əlavə edib.

Daha sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy çıxış edərək deyib ki, erməni işğalı zamanı Qarabağ torpaqlarında yalnız müsəlmanların tarixi-mədəni və dini irsinə deyil, həm də xristianların dini ziyarətgahları vandalizmə məruz qalıb. Bu baxımdan Xocavənd rayonundakı Rus Pravoslav Kilsəsi də həmin acı taleyi yaşayıb. Hazırda həmin ərazilərdəki bütün məbədlər dini kimliyindən asılı olmayaraq Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub və tez bir zamanda bərpa ediləcək.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete isə çıxışında Vatikandakı görüşlərin səmərəli keçdiyini və bunun ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Vatikana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib