İDMAN


“Shamkir Chess 2019” superturnirinə yekun vurulub

Maqnus Karlsen dördüncü dəfə turnirin qalibi olub

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinə aprelin 9-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu - doqquzuncu turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.

Səkkizinci turda vaxtından əvvəl turnirdə qələbəsini təmin edən Maqnus Karlsen sonuncu partiyada Aleksandr Qrişuku məğlub edib. Doqquzuncu turun digər oyunları heç-heçə başa çatıb.

Yekun nəticəyə görə, Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.

Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.