DÜNYA


Sietl aeroportundan qaçırılan təyyarə yerə çırpılıb

Bakı, 11 avqust, AZƏRTAC

ABŞ-ın Sietl şəhərində yerləşən hava limanından qaçırılan “Alaska Airlines” aviakompaniyasının “Bombardier Q400” təyyarəsi Ketron adası rayonunda yerə çırpılıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Seattle–Tacoma aeroportunun “Twitter” səhifəsində yer alan məlumata əsasən, göyərtəsində sərnişinlərin olmadığı təyyarəni yerüstü xidmət əməkdaşı qaçırıb. Yerli polis departamentinin nümayəndəsi 29 yaşlı mexanik Ed Troyerin bu hərəkətini intihar kimi qiymətləndirib və hadisənin terrorla əlaqəli olmadığını qeyd edib.

ABC telekanalının yaydığı xəbərə görə, qaçırılan təyyarəni uçuş müddətində “F-15” qırıcıları müşayiət edib. Dispetçerlər Troyerlə əlaqəyə girib və təyyarəni şəhərdən uzaqlaşdıra biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.