CƏMİYYƏT


Şimal və cənub bölgəsində bu günə qədər 11 min 175 kubmetr oduncaq tədarük olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal bölgəsinin qazlaşdırılmayan 92 kəndinin əhalisinə bu günə qədər 5834, cənub bölgəsinin qazlaşdırılmayan 321 kəndinin əhalisinə isə 4063 kubmetr odun tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, eyni zamanda, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə ümumilikdə 1278 kubmetr həcmində odun tədarük edilib.

Nazir müavininin sözlərinə görə, şimal bölgəsi üzrə Quba rayonunun qazlaşdırılmayan 30 kəndinə 2620, Qusar rayonunun qazlaşdırılmayan 12 kəndinə 688, Xaçmaz rayonunun qazlaşdırılmayan 13 kəndinə 1133 kubmetr, Şabran rayonunun qazlaşdırılmayan 16 kəndinə 944 kubmetr, Siyəzən rayonunun qazlaşdırılmayan 15 kəndinə 141 kubmetr, Xızı rayonunun qazlaşdırılmayan 6 kəndinə 308 kubmetr oduncaq tədarük olunub: “Cənub bölgəsi üzrə isə Masallı rayonunun qazlaşdırılmayan 12 kəndinə 106, Cəlilabad rayonunun qazlaşdırılmayan 68 kəndinə 627, Yardımlı rayonunun qazlaşdırılmayan 74 kəndinə 421, Lənkəran rayonunun qazlaşdırılmayan 26 kəndinə 642, Lerik rayonunun qazlaşdırılmayan 106 kəndinə 1642, Astara rayonunun qazlaşdırılmayan 35 kəndinə 625 kubmetr oduncaq tədarük edilib”.

V.Kərimov onu da qeyd edib ki, qazlaşdırılmayan kəndlərin əhalisi Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl ərazilərindəki Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edərək oduncaq əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.