DÜNYA


Şimali Koreya “Phunqeri” nüvə poliqonunun ləğvini yoxlamağa icazə verəcək

Bakı, 8 oktyabr, AZƏRTAC

KXDR lideri Kim Çen In logistika məsələləri həll olunduqdan sonra beynəlxalq ekspertləri “Phunqeri” nüvə poliqonunun ləğvi faktının yoxlanılmasına buraxmağa hazırdır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. KXDR-in nüvəsizləşdirilməsinin uzunmüddətli proses olduğunu bildirən Pompeonun sözlərinə görə, Şimali Koreya lideri bir qədər əvvəl söküldüyü barədə məlumat yayılan raket mühərrikləri üçün sınaq poliqonunun yoxlanmasına da razılıq verib.

ABŞ-ın dövlət katibi oktyabrın 7-də KXDR-ə səfər edib və Kim Çen Inla danışıqları müsbət qiymətləndirib.

Nüvə silahının sınaqları üçün istifadə olunan “Phunqeri” KXDR-in ən böyük poliqonu idi. Ondan ilk dəfə 2006-cı ildə istifadə edilib. “Phunqeri”də, həmçinin 2009-cu ilin may, 2013-cü ilin fevral, 2016-cı ilin yanvar və sentyabr və 2017-ci ilin sentyabr aylarında sınaqlar keçirilib.

2018-ci ilin mayında Şimali Koreya poliqonu xarici jurnalistlərin iştirakı ilə ləğv edib. İyul ayında isə KXDR-in “Sohe” raket poliqonunun ləğvinə başladığı barədə məlumatlar yayılsa da, sonradan beynəlxalq müşahidəçilər işlərin dayandırıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.