SİYASƏT


Sinan Oğan: Azərbaycanın qazandığı tarixi Qələbə türk dünyasına əvəzsiz hədiyyədir VİDEO

Ankara, 13 noyabr, AZƏRTAC

Bu şanlı zəfəri bizlərə qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını və qəhrəman Ordumuzu təbrik edir, şəhid övladlarımıza rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycanın qazandığı bu Qələbə bütün türk dünyasının zəfəridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan ifadə edib.

Qazanılan tarixi Qələbəni Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasına əvəzsiz hədiyyəsi kimi dəyərləndirən Sinan Oğan deyib: “İki böyük xəyalımız var idi. Onlardan biri işğal altındakı torpaqların azad olunması, digəri isə türk dünyası arasında birbaşa əlaqənin qurulması idi. Bir zəfərlə bu iki xəyalın hər ikisi gerçəkləşdi”.

Sinan Oğan əminliklə ifadə edib ki, işğaldan azad olunan ərazilərin bərpası və qaçqınların öz yurdlarına qayıdışı tezliklə və uğurla başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.