ELM VƏ TƏHSİL


Sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz təlimlər təşkil olunacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Fevral ayından ümumi təhsil müəssisələrinin sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 12 saat nəzərdə tutulan təlimlər zamanı müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ilə tanış olacaq və təcrübi məşğələlər əsasında onların tətbiqi yollarını öyrənəcəklər. Məşğələlərdə müxtəlif real situasiyalar təklif ediləcək və müzakirə yolu ilə ən effektiv ünsiyyət formaları təsvir olunacaq.

Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək. Təlimlərdə iştirak etmək istəyən sinif rəhbərləri yanvarın 27-dək qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.