CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər: Havanın hərarəti 42 dərəcəyədək yüksələcək

Bakı, 25 iyun, AZƏRTAC

Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal hərarətinin 35-40°, Mərkəzi Aran rayonlarının və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək yüksələcəyi proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.