REGİONLAR


Şirvan sakinindən narkotik maddə götürülüb

Hacıqabul, 11 fevral, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda Şirvan şəhər sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini 47 yaşlı Dildar İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 21,246 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaq orqanına təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.