CƏMİYYƏT
Şıx qəsəbəsindəki istirahət mərkəzində xüsusi karantin rejimini pozan şəxslər saxlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
Paytaxtın Səbail rayonunun Şıx qəsəbəsi ərazisində Salyan şosesində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci polis bölməsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Onların diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada məsuliyyətə cəlb olunublar.