Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyavuş Novruzov: Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfədir

Siyavuş Novruzov: Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfədir

Bakı, 25 noyabr, AZƏRTAC

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, Azərbaycan regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Bir sözlə, praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafını, respublikamızın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini şərtləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov KİV-ə açıqlamasında bildirib.

Siyavuş Novruzov qeyd edib ki, bütün bu reallıqların qanunauyğun nəticəsi kimi, istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu, həyata keçirilən praqmatik strateji kursu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan, Rusiya Federasiyasının Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur.

Rusiya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli-strateji maraqlarına cavab verir

Mühüm məqamlardan biri budur ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Birinci vitse-prezident Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində keçirdiyi görüşlər zamanı qeyd edib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir: “Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir”.

İki ölkə arasında əlaqələr çoxşaxəli xarakter daşıyır. Eyni zamanda, iqtisadi sahədə də əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur. Başqa sözlə, ticari-iqtisadi sahədə əlaqələr müsbət dinamikaya malikdir, uğurla inkişaf edir. Əmtəə dövriyyəsinin davamlı olaraq artması isə iqtisadi-ticari əlaqələrin səmərəliliyini göstərən mühüm faktlardandır. Hər iki tərəfin təsdiq etdiyi “Yol xəritələri”nin reallaşdırılması da, heç şübhəsiz, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi, bütün sahələrdə inteqrasiyanın intensiv xarakter daşıması baxımından böyük önəm daşıyır. Ən əsası, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əmtəə dövriyyəsində ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub.

Hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə imzalanan proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir ki, buraya da ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsi, həmçinin humanitar əlaqələr daxildir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri zamanı diqqət mərkəzində olan məsələlərdən biri də humanitar və təhsil sahəsində əməkdaşlıq olub. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, iki ölkə arasında humanitar əlaqələr uğurla inkişaf edir. Xüsusilə də təhsil sahəsində intensiv təmaslar mühüm əhəmiyyətə malikdir. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Bununla yanaşı, Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Eyni zamanda, 2019-cu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb.

Rusiya-Azərbaycan Regionlararası Forumu müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan nadir platformadır

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafına mühüm töhfələr verən əhəmiyyətli amillərdən biri regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Dövlət başçılarının siyasi iradəsi əsasında regionlararası forumların keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır. Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da əməkdaşlığın genişlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Forumda iştirak edən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yəni, ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks işlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Bunlarla yanaşı, qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Tərəflər ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Bu kontekstdə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları da əhəmiyyətli rol oynayır, həmçinin sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur. Beləliklə, Rusiya və Azərbaycanın regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol Rusiya-Azərbaycan Regionlararası Forumuna məxsusdur.

Mehriban xanım Əliyevanın “Dostluq” ordeni ilə təltif edilməsi onun Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinə verilən yüksək qiymətdir

Nəticə etibarilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfədir. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı da bu məsələlər diqqət mərkəzində olub. Görüş zamanı Vladimir Putinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etməsi xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq müstəvidə yüksək dəyərləndirilməsinin daha bir bariz nümunəsidir. Sirr deyil ki, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Onun fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Mesenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni və digərləri onun dünyadakı nüfuzunun göstəricisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi isə onun Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinə verilən yüksək qiymətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb