İDMAN


Soçinin “Fişt” stadionuna rekord sayda tamaşaçı gəlib

Bakı, 24 iyun, AZƏRTAC

“DÇ-2018” çərçivəsində iyunun 23-də Soçinin “Fişt” stadionunda “F” qrupu üzrə Almaniya-İsveç matçını 44 287 tamaşaçı izləyib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu rəqəm stadion üçün çempionat keçirildiyi dövrdə rekord göstəricidir. Əvvəlki yüksək göstərici - 43866 nəfər tamaşaçı iyunun 15-də Portuqaliya-İspaniya matçında olub.

“Fişt” stadionunun dünya çempionatında rəsmi tamaşaçı tutumu 44 min 287 nəfərlikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.