İQTİSADİYYAT


Son 5 il ərzində Bakıda 23 körpü, tunel və yol qovşaqları tikilmişdir

Bakı, 9 dekabr (AZƏRTAC). Son illər ərzində 2 min 500 kilometrə yaxın magistral və respublika əhəmiyyətli yollar salınmış, yenidən qurulmuş və əsaslı təmir edilmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir ki, 4 min kilometrədək yerli əhəmiyyətli şəhər, qəsəbə və kəndlərarası yollar salınmış və əsaslı təmir olunmuşdur. Bu dövrdə 170 yeni körpü, tunel tikilmiş, bərpa edilmişdir.

Bundan başqa, son 5 il ərzində Bakıda 23 körpü, tunel və yol qovşaqları tikilmiş, 600 kilometr yol salınmış, genişləndirilmiş, əsaslı təmir edilmiş, 48 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.