ELM VƏ TƏHSİL


Son 5 il ərzində müəllim peşəsini seçənlərin sayı artıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi ötən 5 il ərzində 500 baldan yuxarı nəticə göstərib müəllim peşəsini seçənlərin sayını açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2018-ci ildə 845 abituriyent, 2019-cu ildə isə 1 097 abituriyent sözügedən ixtisası seçib.

2020-ci ildə bu say azalaraq 902 nəfərə ensə də, 2021-ci ildə 916 abituriyent müəllimliyi seçib.

Beş il ərzində ən yüksək nəticə 2022-ci ildə 500-dən yuxarı balla 1 276 abituriyentin müəllim ixtisasını seçməsi ilə qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.