İQTİSADİYYAT


Sosial sığorta ödəmələri artıb

Bakı, 27 sentyabr, AZƏRTAC

2022-ci ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 948,6 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 103,2 milyon manat olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sığorta haqları üzrə daxilolmalar 2021-ci ilin 8 ayı ilə müqayisədə müvafiq olaraq 454,2 milyon manat (18,2 faiz) və 17,4 milyon manat (20,3 faiz) artıb.

Cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin 8 ayına nisbətən 41,1 faiz artaraq 524,7 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.