CƏMİYYƏT
Soydaşımız Ukraynada yüksək vəzifəyə təyin olunub
Kiyev, 14 iyun, AZƏRTAC
Soydaşımız Ukraynada yüksək vəzifəyə təyinat alıb.
AZƏRTAC xəbər verir ki, İlham Dadaş oğlu Dadaşov Ukraynanın enerji nazirinin müşaviri təyin olunub. Təyinatla bağlı əmri enerji naziri İqor Nasalik imzalayıb.
Məlumata görə, İ.Dadaşov nazirliyin bir sıra dövlət əhəmiyyətli layihələrinə, xüsusilə də alternativ enerji proqramı istiqamətində aparılan işlərə nəzarət edəcək.
Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan İ.Dadaşovun hələ sovetlər dönəmində bu ölkədə biznes fəaliyyəti olub, həmçinin neft-qaz sahəsində müxtəlif layihələri həyata keçirib. Son təyinatına qədər də soydaşımız bir sıra dövlət sifarişi layihələrə rəhbərlik edib.
Ailəlidir 4 övladı var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [22:15]
Qüdrətli və nüfuzlu Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
- 10.05.2024 [20:26]
Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib
- 10.05.2024 [20:17]