İDMAN


Şpaqa üzrə Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Konya, 17 avqust, Səxavət Quliyev, AZƏRTAC

Şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, yığmamız Türkiyənin Konya şəhərində təşkil olunan yarışın yarımfinalında Özbəkistan yığmasına 45:32 hesabı ilə qalib gəlib.

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 12-ci yarış günündə Azərbaycan komandası medalların sayını 71-ə çatdırıb. Onlardan 22-si qızıl, 28-i gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında dördüncü pillədədir.

Oyunlarda Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla ilk üç pilləni tuturlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.