İDMAN


Şpaqaçılarımız U-23 Avropa çempionatında çıxışlarını başa vurublar

Şpaqaçılarımız U-23 Avropa çempionatında çıxışlarını başa vurublar

Bakı, 26 may, AZƏRTAC

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan milli komandasının üzvləri Barat Quliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən U-23 Avropa çempionatında çıxışlarını başa vurublar.

AZƏRTAC xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla başa vuran R.Həsənov (5 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlməyi bacarıblar.

Ruslan Həsənov ilk pley-off görüşündə polşalı Bartlomiej Szurlejə 15:13 hesabı ilə qalib gələrək ən güclü 32-liyə vəsiqə qazanıb. Təmsilçimiz bu mərhələdə avstriyalı Jan Şçuhmanna 10:11 hesabı ilə uduzub.

Eyni nəticəni Barat Quliyev də təkrarlayıb. İlk pley-off görüşündə Almaniya təmsilçisi Hendrik-Kilian Kolditzi (15:13) mübarizədən kənarlaşdıran idmançımız növbəti görüşündə turnirin finalçısı fransalı Billa Gaetana məğlub olub - 11:15.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.