Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni qida laboratoriyası istifadəyə verilib

Bakı, 6 aprel, AZƏRTAC

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakının Nərimanov rayonunda yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat zamanı Azərbaycan Standartlaşma İnstitutunun qida və metrologiya laboratoriyalarının imkanları haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə son illər aparılan iqtisadi islahatlar çərçivəsində keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğun inkişaf etdirilməsi üçün zəruri işlər aparılır. Maddi-texniki baza gücləndirilib, laboratoriyalarda çalışan işçilərin peşəkarlığı yüksəldilib və laboratoriya nəticələrinin beynəlxalq tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilib.

Azərbaycan Standartlaşdırma İnstitutunun yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının imkanları haqqında məlumat verilərək bildirilib ki, burada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrlər üzrə sınaqları aparılır. Laboratoriya milli akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub. Bu isə laboratoriya tərəfindən verilən sınaq protokollarının Avropa İttifaqı ölkələrində tanınması, bununla da yerli məhsulların ixrac imkanlarının genişlənməsini təmin edir. Qida laboratoriyasında istifadə olunan avadanlıqlar Almaniya, Avstriya, Yaponiya, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrin istehsalıdır.

Nəzərə çatdırılıb ki, genetik modifikasiya olunmuş məhsulların sınağı laboratoriyasında qida məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin təyini həyata keçirilir. Laboratoriyada mövcud olan avadanlıqlar vasitəsilə zəncirvari reaksiya metodu ilə heyvan ətlərinin mənşəyini də təyin etmək mümkündür.

Həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye məhsullarının sınağı laboratoriyasında pambıq mahlıcı, tibbi hiqroskopik pambıq, texniki pambıq çiyidi, ipliklər, parçalar, tibbi gigiyenik bint, trikotaj parçalar və məmulatlar, gön dəri, dəri məmulatları, ayaqqabılar, oyuncaqlar, kosmetik vasitələr, uşaq bezləri, uşaqların qidalanması üçün qablar, butulkalar, əmziklər və digər yüngül sənaye məhsullarının sınaqlarının aparıldığı bildirilib.

Təqdimat zamanı Azərbaycan Metrologiya İnstitutunun Elektrotexniki ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında yüksək dəqiqlikli çox funksiyalı kalibratorlar və multimetrlər vasitəsilə elektrotexniki ölçmə vasitələrinin, Fiziki-kimyəvi və optiki fizika ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında konduktometr, nümunəvi qaz qarışıqları, standart məhlullar və kalibratorlar vasitəsilə fiziki-kimyəvi və optiki fizika ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin həyata keçirildiyi qeyd edilib. Həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında yüksək dəqiqlikli çoxfunksiyalı ölçü avadanlıqları vasitəsilə həndəsi və mexaniki ölçmə vasitələri, Kütlə ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında müxtəlif ölçmə həddinə malik kütlə komparatorları və elektron tərəzi vasitəsilə kütlə ölçmə vasitələri, Radiotexniki və ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında faza kalibratoru, multivoltmetrlər, universal voltmetrlər, ossilloqraflar və digər ölçmə avadanlıqları vasitəsilə radiotexniki və ölçmə vasitələri yoxlanır.

Temperatur ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında termostatlar, temperatur kalibratoru, platin müqavimət termometr və digər ölçmə avadanlıqları vasitəsilə temperatur ölçmə vasitələri, təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması laboratoriyasında müxtəlif diapazonlarda yüksək dəqiqlikli təzyiq kalibratorları, rəqəmsal manometrlər, həcm ölçmələri üçün analitik tərəzi və digər nümunəvi ölçmə vasitələri ilə təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, diqqətə çatdırılıb ki, tibb və diaqnostika, sənaye, nəqliyyat və rabitə, kənd təsərrüfatı və digər sahələrdə tətbiq edilən ölçmə vasitələrinin yoxlanması məqsədilə laboratoriya mərkəzində hər cür şərait yaradılıb. Bu laboratoriyaların sayının artırılması, həmçinin regionlarda mövcud laboratoriyaların imkanlarının genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Sonra texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı ilə bağlı aparılan işlərə həsr olunan mətbuat konfransı keçirilib.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru Namiq Tağıyev bildirib ki, ölkədə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər həyata keçirilir. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib. Texniki tənzimləmə və standartlaşdırma sahəsində köklü islahat xarakterli iki qanun və dövlət proqramı layihəsi hazırlanıb. Standartlaşdırma İnstitutunun İSO-da, Metrologiya İnstitutunun Çəkilər və Ölçülər üzrə Beynəlxalq Təşkilatda tamhüquqlu, Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatında və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatda assosiativ üzvlüyü təmin edilib.

Namiq Tağıyev vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması məqsədilə işlər sürətləndirilib.

Yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsində sertifikatlaşdırmanın əhəmiyyətindən danışan Namiq Tağıyev deyib ki, sertifikatlaşdırma prosesi standartlar, digər norma və qaydalara uyğunluğun qiymətləndirilməsindən ibarət olmaqla, son nəticədə istehsal və xidmət sahələrində qabaqcıl təhlükəsizlik və keyfiyyət meyarlarının tətbiqinin təsdiqidir.

“Sertifikatlaşdırmanın məqsədi əhalinin sağlamlığı, həyatı, əmlak və ətraf mühit üçün təhlükəsiz və keyfiyyətli məhsul istehsalını təmin etməkdir. Sertifikatlaşdırma istehlakçılara məhsulun səriştəli seçilməsində köməklik göstərmək və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda, habelə beynəlxalq ticarətdə iştirakı üçün münbit şərait yaratmaqdadır”.

Namiq Tağıyev qeyd edib ki, sertifikatlaşdırılmış məhsul və xidmətlər son nəticədə həm yerli istehlakçılar arasında, həm də xarici ticarətdə etimad qazanmış olur.

Beynəlxalq təcrübədən söz açan baş direktor müasir dövrdə xüsusilə inkişaf etmiş ölkələrdə məhsula verilmiş sertifikatın istehlakçılar üçün güvən, etimad və şübhəsizlik meyarı kimi qəbul edildiyini deyib. Sahibkarlar məhsul və xidmətlərini sertifikatlaşdırmaqla istehsalat prosesində şəffaflığı, standartların təhlükəsizlik və keyfiyyət meyarlarına sadiqliyini, o cümlədən bunun qiymətləndirilməsini həyata keçirən subyektlərə açıqlığını bəyan etmiş olur.

Baş direktor onu da əlavə edib ki, qanunvericiliyə əsasən ölkəmizdə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları həyata keçirir. Hazırda ölkədə akkreditasiya olunmuş 199 sınaq laboratoriyası, 39 kalibrləmə laboratoriyası, məhsul və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən 12 orqan fəaliyyət göstərir. Eyni zamanda, uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan orqanların səriştəliliyini və akkreditasiya meyarlarına uyğunluğunun davamlılığını qiymətləndirmək məqsədilə Akkreditasiya Mərkəzi tərəfindən dövrü inspeksiya həyata keçirilir.

Hazırda isə Avropa İttifaqı tərəfindən həyata keçirilən “Tvinninq” layihəsinin yekununda Avropa Akkreditasiya Təşkilatının Tanınma Sazişinə qoşulması gözlənilir. Bu isə istehsal olunan məhsulların təhlükəsizliyi və keyfiyyətinə zəmanət sənədi sayılan uyğunluq sertifikatlarının xarici ölkələrdə tanınmasını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur