REGİONLAR


Statistika Komitəsi: ölkədə pambıq tədarükü davam edir

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 365 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 36 ton pambıq tədarük olunub.

Hazırda pambıq tədarükü 22 pambıqçılıq rayonundan 11-də davam etdirilir. Pambıq tədarükündə Saatlı (25,7 min ton), Biləsuvar (24,7 min ton), Bərdə (22,4 min ton), Ağcabədi (20,4 min ton) və Sabirabad (18,1 min ton) rayonları irəlidədir.

Xatırladaq ki, indiyədək qəbul məntəqələrinə ötən mövsümdəkindən 2,3 dəfə çox pambıq təhvil verilib.

AZƏRTAC pambıq tədarükünə dair yanvarın 13-nə olan operativ məlumatı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.