SİYASƏT


Stokholmda Vətən müharibəsinin qurbanlarının əziz xatirəsi ehtiramla anılıb VİDEO

Stokholm, 28 sentyabr, AZƏRTAC

Vətən müharibəsi şəhidlərimizin Anım Günü ilə əlaqədar Stokholmda Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısında anım tədbiri baş tutub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə İsveçdə yaşayan Azərbaycan icmasının üzviləri, diaspor fəalları və səfirlik əməkdaşları iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsinə gətirib çıxardan amilləri sadalayaraq, ölkəmizə qarşı işğalçılıq, etnik təmizləmə və soyqırımı həyata keçirən Ermənistanın məkrli siyasətinə hələ də dünya birliyi tərəfindən düzgün qiymət verilmədiyini təəssüf hissi ilə qeyd ediblər. Baş verən qanlı hadisələr, yüzminlərlə insanın doğma evindən 30 ilə yaxın müddət ərzində qovulub, yüzlərlə şəhər və kəndlərimizin məhv edilməsinin yolverilməz olduğunu bildirən çıxışçılar, bu haqsızlıqlara göz yummamağa çağırıb. Qeyd olunub ki, bu faktlar və erməni tərəfinin bu gün də ölkəmizin ərazi bütövlüyünü tanımasına, iki ölkə arasında sülhün əldə olunmasına maneə törətməyə davam edir.

Uzun və çətin yola baxmayaraq, ölkəmizin işğala son qoyduğunu bildirən aksiya iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində əldə edilən tarixi Qələbə nəticəsində ədalətin bərpa olunduğunu xüsusilə vurğulayıblar. Qırx dörd günlük Vətən müharibəsində Zəfərə gedən yolda, Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı barəsində öz fikirlərini ifadə edən tədbir iştirakçıları "Şəhidlər ölməz Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" şüarlarını da səsləndiriblər.

 
Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.