SİYASƏT
Strasburq Azərbaycan Evinin radio proqramının yayımı təxirə salınmışdır
Bakı, 31 yanvar (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi və Strasburq Azərbaycan Evinin RBS radiosunda yayımlanan proqramı ikinci dəfə təxirə salınmışdır.
Strasburq Azərbaycan Evindən verilən məlumata əsasən, iki həftə əvvəl Radio studiyasının qapıları yandırılmışdır.
Hazırda Fransanın hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır. Araşdırmalar başa çatmadığından studiyaya daxil olmaq mümkün deyildir.
Proqramın nə vaxt efirə çıxacağı hələlik məlum deyildir.