İDMAN


Su polosu üzrə ABŞ millisi yeni Olimpiya rekordu müəyyənləşdirib

Bakı, 24 iyul, AZƏRTAC

Su polosu üzrə qadınlardan ibarət ABŞ milli komandası yeni Olimpiya rekorduna imza atıb.

AZƏRTAC xəbər verir ki, ABŞ millisi Olimpiadanın qrup mərhələsi çərçivəsində Yaponiya yığmasını 25:4 hesabı ilə məğlub edib. İndiyədək Yay Olimpiya Oyunları tarixində belə məhsuldar nəticə qeydə alınmayıb.

Bu gün start götürən su polosu yarışlarına avqustun 8-də yekun vurulacaq.

Qeyd edək ki, “Tokio-2020” avqustun 8-dək davam edəcək. Olimpiadada Azərbaycanı 44 idmançı təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.