Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən maneəsiz keçidi təmin olunub
AzerTAg.az
Şuşa, 10 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus beş təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlıların 16 təminat-təchizat və bir minik avtomobili də Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xəbərin mətnində orfoqrafik səhv var