İQTİSADİYYAT


Sumqayıt Kimya Sənaye Parkı ilə “GAMA Construction” şirkəti arasında layihələrin icrası imkanları müzakirə edilib

Bakı, 15 aprel, AZƏRTAC 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Türkiyənin “GAMA Construction” şirkəti arasında birgə layihələrin icrası imkanları müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində görüş keçirilib. Görüşdə Türkiyə şirkətinin təmsilçilərinə Sənaye Parkında rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 1959-cu ildə yaradılmış “GAMA Construction” şirkəti neft emalı, metallurgiya, sement zavodlarının, elektrik və hidro-stansiyaların, metropoliten və sənaye obyektlərinin inşaası üzrə ixtisaslaşıb. Şirkət dünyanın 25 ölkəsində 400-dən artıq layihə həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.