İQTİSADİYYAT


Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

Bakı, 5 iyul, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşkili, investorların cəlb olunması işləri davam etdirilir.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu işlərin davamı olaraq, “Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb. “Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.